Əsas məzmuna keç
Voyage Gallery Voyage Gallery
Voyage

Məxfilik siyasəti

Şəxsi məlumatlarınızın necə toplandığı, saxlandığı və qorunduğu haqqında.

Rəsmi sənəd

Yenilənib · May 30, 2026

Son yenilənmə: 2025 · Tənzimləyici çərçivə: «Şəxsi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanunu (№ 998-IIIQ).

1. Operator

Şəxsi məlumatların operatoru: "Mubah Travel-Halal Turizm Agentliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti, BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, K. SETKİN, 4081-Cİ MƏHƏLLƏ, ev 46, mənzil 4. Əlaqə: [email protected].

2. Topladığımız məlumatlar

  • Hesab: ad, soyad, e-mail, telefon, doğum tarixi.
  • Səyahət (PII): pasport / FİN, viza məlumatları — şifrələnmiş şəkildə saxlanılır.
  • Ödəniş: kart məlumatları bizdə saxlanılmır — tokenlər və əməliyyat ID-ləri PCI DSS sertifikatlı ödəniş provayderlərində qalır.
  • Texniki: IP, brauzer, cihaz, kuki, log faylları.

3. İstifadə məqsədləri

  • Rezervasiya və ödənişlərin həyata keçirilməsi.
  • Müştəri dəstəyi və şikayət araşdırılması.
  • Saxtakarlığın qarşısının alınması (fraud prevention).
  • Razılığınız olduqda — marketinq kampaniyaları.
  • Qanunla tələb olunan hesabatlılıq.

4. Üçüncü tərəflərə ötürülmə

Məlumatlar yalnız aşağıdakı hallarda paylaşılır:

  • otellər, aviaşirkətlər, transfer və viza provayderləri — rezervasiyanı yerinə yetirmək üçün zəruri minimum həcmdə;
  • ödəniş provayderləri (Pasha Bank, Kapital Bank, Azericard, EPoint və s.);
  • səlahiyyətli dövlət orqanları — qanunvericilik tələb etdikdə.

5. Saxlanma müddəti

Hesab məlumatları aktiv olduğunuz müddətdə + qanunvericilikdə nəzərdə tutulan 5 il saxlanılır. PII məlumatları rezervasiyanın bitməsindən sonra 3 il müddətində arxivləşdirilir.

6. Hüquqlarınız

  • Məlumatlara giriş tələb etmək.
  • Düzəliş və ya silinmə tələb etmək.
  • Marketinq icazəsini geri çağırmaq.
  • Şikayət üçün Səxsi Məlumatların Mühafizəsi üzrə müvəkkil orqana müraciət.

Müraciət üçün: [email protected].

7. Təhlükəsizlik tədbirləri

Şifrələmə (AES-256 at rest, TLS 1.3 in transit), məhdud girişlər, audit jurnalları, müntəzəm penetrasiya testləri.